Rusiya xarici işlər naziri Sergey Lavrov artıq Kreml görüşlərində iştirak etmir.
Vladimir Putinlə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə Lavrovun müavini Andrey Qaluzin rəhbərlik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Məlumata görə, dünən prezident Vladimir Putin Lavrovla sərt söhbət aparıb.
Bundan əvvəl, 5 noyabrda, Lavrov Təhlükəsizlik Şurasının iclasını da buraxmışdı — daimi üzvlər arasında bu iclasa qatılmayan yeganə şəxs o olub.
Kreml bunu “razılaşdırılmış yoxluq” kimi izah etsə də, bu hal digər kadr dəyişiklikləri ilə üst-üstə düşdüyündən suallar doğurub.
Putinin göstərişi ilə G20 və ASEAN sammitlərində Rusiya nümayəndə heyətlərinə artıq Maksim Oreşkin və Aleksey Overçuk rəhbərlik edir, halbuki bu missiyaları əvvəllər Lavrov özü icra edirdi.
Mənbələr bildirir ki, bu dəyişikliklər Putinlə Donald Tramp arasında Budapeştdə keçirilməli görüşün baş tutmaması ilə əlaqədardır.
Qərb mediasının məlumatına görə, həmin görüş Lavrovun ABŞ dövlət katibi Marko Rubio ilə uğursuz danışığından sonra ləğv edilib.
Kremlə yaxın Teleqram kanallarının yazdığına görə, nazir barəsində xidməti yoxlama aparılır.
Bizim.Media
































































































