Ermənistan prezidentinin istefası rəsmiləşdi – Onun yerinə NAMİZƏD də tapıldı

Ermənistan prezidentinin istefası rəsmiləşdi – Onun yerinə NAMİZƏD də tapıldı

Hazırda oxunan: Ermənistan prezidentinin istefası rəsmiləşdi – Onun yerinə NAMİZƏD də tapıldı

57945

Ermənistan prezidenti Armen Sarkisyanın istefası ilə bağlı bəyanat sənədi parlamentə təhvil verilməsindən 7 gün sonra qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “İnterfaks” agentliyi yayıb.

“Parlamentin reqlamenti haqqında” qanuna əsasən, dövlət başçısı bir həftə ərzində ərizəsini geri götürməsə, istefa qüvvəyə minir.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. O, bunu ölkənin siyasətinə, müharibə və sülh məsələlərinə təsir edə bilməməsi ilə əlaqələndirib.

Erməni KİV-lərinin məlumatına görə, hakim “Vətəndaş müqaviləsi” partiyası yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın prezidentliyə namizədliyini irəli sürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO