Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2019-cu ildəki bir epizodla əlaqədar ölkənin sabiq prezidenti Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Amram Makinyan sosial şəbəkədə məlumat verib.
“Respublika” partiyasının sədr müavini Armen Aşotyan isə dəqiqləşdirib ki, məsələ mərhum iş adamı Mixail Baqdasarovun ifadələri ilə bağlıdır.
Onun sözlərinə görə, həmin ifadələr səhv tərcümə nəticəsində təhrif olunub, lakin Baqdasarov daha sonra üzləşmə zamanı bu ifadələri təkzib edib: “Dünən Serj Sarkisyanı üç dəfə məhkəməyə çağırıblar, halbuki hakimin ailəsində ölüm hadisəsi baş vermişdi. Məhkəmələr müvafiq vəsatətləri rədd etdikdən sonra, onlar bu ucuz tamaşanı səhnələşdirməyə məcbur oldular.”
Xatırladaq ki, bir gün əvvəl məhkəmə prokurorun Sarkisyana qarşı ölkədən çıxış qadağası tətbiqi barədə vəsatətini rədd etmişdi. (Sputnik Ermənistan)
Bizim.Media

- A-
- A
- A+
Region
17:02 / 06.11.2025
SON DƏQİQƏ: Serj Sarkisyanın Ermənistandan çıxışına məhdudiyyət qoyuldu
Hazırda oxunan: SON DƏQİQƏ: Serj Sarkisyanın Ermənistandan çıxışına məhdudiyyət qoyuldu
Hazırda oxunan: SON DƏQİQƏ: Serj Sarkisyanın Ermənistandan çıxışına məhdudiyyət qoyuldu
579257
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































