Xocalı qatili Paşinyana qarşı taktikanı DƏYİŞİR - Oğlu partiya siyahısında 1-ci nömrə olacaq

Xocalı qatili Paşinyana qarşı taktikanı DƏYİŞİR - Oğlu partiya siyahısında 1-ci nömrə olacaq

Hazırda oxunan: Xocalı qatili Paşinyana qarşı taktikanı DƏYİŞİR - Oğlu partiya siyahısında 1-ci nömrə olacaq

578975

Ermənistanın sabiq prezidenti, Xocalı qatili Robert Köçəryan, “Ermənistan” fraksiyasının deputatı olan oğlu Levon Köçəryanı 2026-cı il parlament seçkilərində partiya siyahısında birinci nömrə kimi irəli sürməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı keçmiş prezidentin komandasındakı mənbələrə istinadən “Qraparak” qəzeti yayıb.
 

Məlumata görə, son aylarda Levon Köçəryan ölkənin müxtəlif bölgələrinə səfərlər edir və vətəndaşlarla görüşlər keçirir.


“Bu seçkilərdə əvvəlki ssenarini təkrarlamaq mümkün olmayacaq. Yəni siyahıya ikinci prezidentin (Robert Köçəryanın) özü rəhbərlik etsin, oğlu isə 50-ci yerdə olsun.

Komanda anlayır ki, 2021-ci ildəki nəticəni təkrarlamaq çətin olacaq. Belə olan halda isə həm atanın, həm də oğulun siyahının ilk onluğunda yer alması doğru olmaz”, – deyə nəşr yazır.
 

Qəzet xatırladır ki, son mətbuat konfransında Robert Köçəryan seçki siyahısının gələcək tərkibi ilə bağlı suala cavab verərkən bildirmişdi ki, hər şey sosioloji sorğuların nəticələrindən asılı olacaq, yəni namizədlər arasında kim daha yüksək reytinqə malik olarsa, siyahı ona uyğun formalaşdırılacaq.


Onun sözlərinə görə, bu suala yanvar–fevral aylarında aydınlıq gələcək.

Qeyd edək ki, sabiq prezident 7 oktyabrda komandasının növbəti parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO