Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ölkəmizə SƏFƏR EDƏCƏK

Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ölkəmizə SƏFƏR EDƏCƏK

Hazırda oxunan: Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ölkəmizə SƏFƏR EDƏCƏK

578702

Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri tezliklə cavab səfəri ilə Azərbaycana gələcəklər.
 

MÖVZU İLƏ BAĞLI: 

“İlin sonunadək Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Bakıya səfər edə bilərlər”


Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən beynəlxalq konfransda bildirib.

O, xatırladıb ki, 2025-ci il oktyabrın 21–22-də ilk dəfə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti ikitərəfli “dəyirmi masa”da iştirak etmək üçün Ermənistana səfər edib.
 

“Gözlənilir ki, Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri də yaxın vaxtlarda cavab səfəri ilə Azərbaycana gələcəklər. Vətəndaş cəmiyyəti nümayəndələrinin səfərindən əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri beynəlxalq təhlükəsizlik forumunda iştirak etmək üçün Bakıya gəlmişdi.


Bu kimi səfərlər və mübadilələr iki cəmiyyət arasında qarşılıqlı etimadın və anlaşmanın möhkəmlənməsinə, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün güclənməsinə töhfə verəcək”, – Qriqoryan əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO