Ermənistan SİLAHLANIR – Fransa ilə böyük məbləğdə müqavilə

Ermənistan SİLAHLANIR – Fransa ilə böyük məbləğdə müqavilə

Hazırda oxunan: Ermənistan SİLAHLANIR – Fransa ilə böyük məbləğdə müqavilə

578644

Ermənistan 2023–2024-cü illərdə Fransa ilə 274 milyon avrodan çox dəyərində silah tədarükü müqavilələri imzalayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatına istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur ki, “yeni texnikanın ixracı, hərbi təlimlərin və birgə əməliyyatların keçirilməsi sırf müdafiə xarakteri daşıyır.

2023-cü ildə İrəvanda yaradılan Fransanın müdafiə missiyası erməni tərəfdaşlarla daha sıx əlaqələr qurmağa və əməkdaşlığın optimal formatlarını müəyyən etməyə imkan verəcək”.
 

2022-ci ilə qədər Fransa demək olar ki, Ermənistana silah tədarük etmirdi. Lakin 2023–2024-cü illərdə Ermənistan quru qoşunlarının arsenalını gücləndirmək üçün bir çox müqavilələr imzalanıb. Bundan əlavə, Ermənistanın müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi də müzakirə olunur.


Hesabatda bildirilir ki, Fransa Ermənistana “Sezar” özüyeriyən haubitsaları, eləcə də 15 ədəd tank əleyhinə raket və onların buraxılış qurğularını tədarük edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO