İranda nüvə obyektləri yenidən qurulacaq? - Pezeşkiandan AÇIQLAMA - VİDEO

İranda nüvə obyektləri yenidən qurulacaq? - Pezeşkiandan AÇIQLAMA - VİDEO

Hazırda oxunan: İranda nüvə obyektləri yenidən qurulacaq? - Pezeşkiandan AÇIQLAMA - VİDEO

578491

İran Prezidenti Məsud Pezeşkian Atom Enerjisi Təşkilatına baş çəkərək ölkənin nüvə sənayesinin yüksəksəviyyəli mütəxəssisləri ilə görüşüb və bir sıra müzakirələr aparıb.

Bizim.Media bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

O, nüvə obyektlərinin gələcək inkişafı ilə bağlı verdiyi bəyanatda "biz nüvə obyektlərini daha böyük güclə yenidən quracağıq" deyib.

Pezeşkian görüşdə İranın nüvə fəaliyyətlərinin yalnız mülki məqsədlər üçün olduğunu vurğulayıb.
 

O, İranın nüvə sənayesi ilə bağlı təbliğatın yanlış olduğunu və düşmənlərin İranın nüvə fəaliyyətləri ilə əlaqədar "nüvə bombası" yaratmaq istədiyini təlqin etməyə çalışdıqlarını söyləyib:


"Biz ali rəhbərin fətvasına əsasən nüvə bombasının istifadəsini haram hesab edirik".

Prezident bu sahənin yalnız bir hissəsinin atom bombası istehsalına xidmət etdiyini, qalan hissəsinin isə insanların ehtiyaclarına cavab verən və ölkənin rifahını yaxşılaşdıran sənaye sahələri olduğunu bildirib.



Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO