Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib ki, Türkiyə “bir milyondan çox pilotsuz uçuş aparatı (PUA)” yerləşdirib.
Bizim.Media xəbər verir ki, nazir bunu “bütün Şərqi Aralıq dənizi üçün təhlükə siqnalı” adlandırıb.
Ekspertlərin fikrincə, bu ifadə simvolikdir — Dendias real saydan yox, Türkiyənin dron texnologiyalarını kütləvi şəkildə tətbiq etməsindən danışıb.
Türkiyə bu gün dünyada PUA istehsalında liderlərdəndir — Bayraktar TB2 və Akıncı kimi sistemlər onun müdafiə strategiyasının əsas hissəsinə çevrilib.
Yunanıstan isə cavab olaraq radioelektron mübarizə və dron əleyhinə “Cantabros” sistemi qurur, F-35 və Rafale təyyarələri alır.
Mütəxəssislər bildirir ki, Ankara və Afina arasında bu texnoloji yarış artıq yeni tip müharibənin — algoritmlər və siqnallar döyüşünün başlanğıcıdır.
Bizim.Media



























































































