Ermənistanın baş naziri Nikol Paşinyanın aparat rəhbəri Araik Arutyunyan, ölkəsinin Müstəqillik Bəyannaməsində müəyyən problemlərin olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, o, fikrini parlamentdə jurnalistlərlə söhbət zamanı səsləndirib.
“Düşünürəm ki, Müstəqillik Bəyannaməsində müəyyən problemlər var.
Uzun müddətdir bu cümləni deməmək qərarına gəlmişdim, amma bir şeyi qeyd etməliyəm: son illərdə Müstəqillik Bəyannaməmizi on dəfələrlə yenidən oxumuşam.
Və dəhşətli bir nəticəyə gəlmişəm. Bu sənədin məzmunu elədir ki, Ermənistan Respublikası mövcud ola bilməz,” – deyə Arutyunyan vurğulayıb.
Bizim.Media






























































































