Paşinyanın aparat rəhbəri: Bakı və İrəvan arasında intensiv təmaslar gedir

Paşinyanın aparat rəhbəri: Bakı və İrəvan arasında intensiv təmaslar gedir

Hazırda oxunan: Paşinyanın aparat rəhbəri: Bakı və İrəvan arasında intensiv təmaslar gedir

577847

Ermənistanın baş naziri Nikol Paşinyanın aparat rəhbəri Araik Arutyunyan bildirib ki, Ermənistan və Azərbaycan arasında bütün istiqamətlər üzrə intensiv təmaslar aparılır və o, danışıqların tempini “pis hesab etmir”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazıb.

Onun sözlərinə görə, hazırda sərhədlərin demarkasiyası, xarici siyasət məsələləri və təhlükəsizliklə bağlı mövzular müzakirə olunur.

Arutyunyan qeyd edib ki, danışıqların nəticələri tədricən ictimaiyyətə açıqlanır:
 

“Məsələn, Azərbaycanın erməni yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırması kimi addımlar buna misaldır”.


Aparat rəhbəri əlavə edib ki, danışıqların əsas məqsədi sülh müqaviləsinin imzalanmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO