2-ci Qarabağ savaşında Ermənistanı dəstəkləyən rusiyalı aparıcılar koronavirusa yoluxdu – VİDEO

2-ci Qarabağ savaşında Ermənistanı dəstəkləyən rusiyalı aparıcılar koronavirusa yoluxdu – VİDEO

Hazırda oxunan: 2-ci Qarabağ savaşında Ermənistanı dəstəkləyən rusiyalı aparıcılar koronavirusa yoluxdu – VİDEO

57425

Rusiyanın “Rossia 1” telekanalının “60 dəqiqə” proqramının aparıcıları, 2-ci Qarabağ savaşında Ermənistanı dəstəkləyən ər-arvad - Yevgeni Popov və Olqa Skabeyeva koronavirusa yoluxublar.

Bizim.Media “rueconomics.ru” saytına istinadən xəbər verir ki, bununla bağlı Olqa Skabeyeva özünün İnstagram səhifəsində paylaşım edib. 

“İndi #60dəqiqə efirində baş verənlər inanılmaz bir şeydir!!! Televiziya proqramımızla fəxr edirik. Deməli, yəqin ki, dünyada hələ heç kim bunu sınamayıb! Qısası: Testim müsbətdir. Bu gün Jenyanın da testi müsbət oldu. Və proqram canlıdır! Və ondan uzaqlaşmaq mümkün deyil! Baxın indi!!”.

Xatırladaq ki, “60 dəqiqə” televiziya şousu tarixdə ilk dəfə olaraq studiyada aparıcısız efirə çıxıb. Telejurnalist Yevgeni Popov hadisəni videobağlantı vasitəsilə izah edib.

Yanvarın 27-də “60 dəqiqə” verilişində studiyada iki aparıcının heç biri iştirak etməyib.

Yayımı koronavirusa yoluxduğunu bildirən Popov aparıb. Görünür, jurnalist tez bir zamanda əvəzləyici tapa bilməyib və o, evdən işləməli olub. Əsas mövzuların müzakirəsinə başlamazdan əvvəl aparıcı tamaşaçılara baş verənləri izah edib.

“Omikron həyatımıza getdikcə daha çox düzəlişlər edir. Bu gün ilk dəfə müsbət testlə sevimli proqramımızı aparacağam. Səhər özümü təcrid etmək məcburiyyətində qaldım.

Məndə hələ SARS simptomları yoxdur, ona görə də həkimlərin tövsiyələrinə əməl edirəm: daha çox maye və ən əsası, panika yoxdur”, deyə Popov qeyd edib.

Aparıcı həmkarı və həyat yoldaşı Olqa Skabeyevanın (yanvarın 20-dən ekranlara çıxmayıb) efirdən yoxa çıxmasının səbəblərinə də aydınlıq gətirib. Popovun sözlərinə görə, jurnalist daha əvvəl COVID-19-a yoluxub. 

“Olqanın testi müsbət çıxdı. Biz peyvənd olunmuşuq, ona görə də hər şey yaxşı olacaq”, - deyə Popov bildirib.

“60 dəqiqə”nin “COVİD” buraxılışının əsas mövzusu ABŞ-ın Rusiyanın təklif etdiyi təhlükəsizlik zəmanətlərinə cavabı olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO