Rusiyada erməni bloger federal axtarışa verildi - SƏBƏB

Rusiyada erməni bloger federal axtarışa verildi - SƏBƏB

Hazırda oxunan: Rusiyada erməni bloger federal axtarışa verildi - SƏBƏB

57411

Rusiya Daxili İşlər Nazirliyi İnstagramda 8 milyona yaxın izləyicisi olan bloger Xiza Zapirovu  federal axtarışa verib.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiya nazirliyin məlumat bazasında yerləşdirilib.

“Xiza Zapirov, doğum yeri: Dağıstan Respublikası, 13 noyabr 1995-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - məlumat bazasında belə yazılıb. Digər təfərrüatlar açıqlanmır.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni bloger: “Bizim komandirlər qızıl diş üçün Azərbaycan qəbirlərinin qazılmasını əmr edib”


Bundan başqa, blogerin PR direktoru Lusik Karapetyan da Daxili İşlər Nazirliyinin axtarışda olanlar siyahısındadır. O, həmçinin cinayət maddəsi ilə axtarışdadır. Karapetyanın İnstagramda 800 minə yaxın izləyicisi var.

Bloger Zapirov (təxəllüsü Xiza) İnstagramda əyləncələr, zarafatlar yerləşdirir, bahalı maşın sürərək çəkilişlər edir.

Hazırda axtarışda olan şəxslərin harada olduğu məlum deyil. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO