“3+3” platformasını daha cəlbedici edən AMİLLƏR – Hikmət Babaoğludan İran AÇIQLAMASI

“3+3” platformasını daha cəlbedici edən AMİLLƏR – Hikmət Babaoğludan İran AÇIQLAMASI

Hazırda oxunan: “3+3” platformasını daha cəlbedici edən AMİLLƏR – Hikmət Babaoğludan İran AÇIQLAMASI

57410

Hazırda Cənubi Qafqaqz postmüharibə mərhələsinin yeni reallıqlarına uyğunlaşmaqdadır. Bu mərhələ digər çoxsaylı strateji məsələlərlə yanaşı regionda iqtisadi inteqrasiyanı da aktuallaşdırır.

Bu fikirdə olan millət vəkili Hikmət Babaoğlu 44 günlük savaşa qədər işğal faktının iqtisadi baxımdan ciddi əngəllər yaratdığını xatırladıb.

Bizim.Media üçün hazırladığı şərhdə deputat hazırda Azərbaycanın tarixi zəfəri ilə işğal faktını aradan qaldırdığını qeyd edib. Bu da əməkdaşlıq və üzünmüddətli sülh üçün yaxşı perespektivlər yaradıb:

“Belə platformalardan biri də 3+3 formatıdır ki, bu format artıq işlək platformaya və real əməkdaşlıq platformasına çevirilməkdədir. Önümüzdəki mərhələdə daha geniş imkanlar üzrə daha real işlərin görülməsinin şahidi olacağıq.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni işğalına BU ŞƏRTLƏ son qoyuldu – Hikmət Babaoğludan ŞƏRH


Bu prosesə təkan verən güc mərkəzi isə Azərbaycan – Türkiyə ittifaqıdır. Eyni zamanda Rusiya və İran da prosesdə həvəslə iştirak edirlər ki, bu da nəticə etibarilə 3+3 formatını daha cəlbedici və perespektivli edir. Zəngəzur dəhlizinin açılması ilə bu format tam potensialı ilə işə düşməklə regionumuzda ən böyük iqtisadi əməkdaşlıq platformasına çeviriləcək”.

Hikmət Babaoğlu İran-Azərbaycan münasibətlərinə də toxunub. Belə ki, son günlər iki ölkə arasında baş tutan qarşılıqlı səfərlər, əldə olunan razılaşmalar hazırki mərhələdə iki dost və qonşu ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşməsi istiqamətində yaxşı perespektivlər açır:

“Bütün bunlar 3+3 çoxtətəfli əməkdaşlıq platforması üçün də real imkanlar yaradır”,- deyə millət vəkili şərhini tamamlayıb. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO