İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə yanvarın 25-dən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri başlayıb.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla İran arasında razılaşma əldə olundu, müqavilə imzalandı
Müdafiə naziri general-polkovnik Z.Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.
Bizim.Media