Ermənistan Türkiyənin təklifini qəbul edə bilər - Paşinyan açıqladı

Ermənistan Türkiyənin təklifini qəbul edə bilər - Paşinyan açıqladı

Hazırda oxunan: Ermənistan Türkiyənin təklifini qəbul edə bilər - Paşinyan açıqladı

56956

"Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

N.Paşinyan ölkəsinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə biləcəyini də deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan tərəfini seçdi: Ukrayna məsələsi KTMT ilə müzakirə edilir...


"Artıq Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrimizin görüşü olub. Və bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyadakı diplomatik forumda iştirak etməsi ehtimalı yüksəkdir. Danışıq imkanını qaçırmağımız məntiqsiz olardı. Qeyd edim ki, dünya birliyi, o cümlədən Rusiya, Aİ, ABŞ, region dövlətləri münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir”, - N.Paşinyan əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO