Ermənistanda Sarkisyanın niyə indi istefa verdiyini anlamırlar: “Bu, sürpriz oldu”

Ermənistanda Sarkisyanın niyə indi istefa verdiyini anlamırlar: “Bu, sürpriz oldu”

Hazırda oxunan: Ermənistanda Sarkisyanın niyə indi istefa verdiyini anlamırlar: “Bu, sürpriz oldu”

56926

Ermənistan prezidenti Armen Sarkisyan hakimiyyətin təzyiqi olmadan istefa verib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Baş nazir Nikol Paşinyanın komandasının üzvü, Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komitəsinin rəhbəri Andranik Köçəryan səsləndirib.

“Ermənistan prezidentinə kimin təzyiq göstərə biləcəyini necə təsəvvür edirsiniz?” – deyə Köçəryan jurnalistin müvafiq sualını cavablandırıb.

Köçəryan onu da qeyd edib ki, Ermənistan prezidentinin istefası hakim “Vətəndaş müqaviləsi” üçün sürpriz olub. 

Onun fikrincə, Armen Sarkisyanın prezident olduğu müddətdə istefa vermək üçün dəfələrlə səbəbi olub və indi bunu niyə etdiyi bəlli deyil.

Erməni deputat Sarkisyanın Konstitusiyanın ona öz qabiliyyətlərini ölkənin rifahı naminə tam istifadə etmək imkanı verməməsi ilə bağlı dedikləri ilə razılaşmır:

“Sarkisyan çox gözəl bilirdi ki, konstitusiya islahatları komissiyası yaradılır və bütün bu problemlər bu komissiya və müvafiq prosedurlar çərçivəsində müzakirə oluna bilər. Komissiyanın yaradılmasını gözləmədən istefa verməyin mənə elə gəlir ki, izahatı yoxdur”.

2018-ci ildə parlament tərəfindən Ermənistan prezidenti seçilən Armen Sarkisyan bazar günü axşam istefa verib.

O, bu addımını prezidentin istər daxili, istərsə də xarici siyasətdə dövlət və millət üçün ən vacib məsələlərə təsir etmək üçün lazımi vasitələrin olmaması ilə izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO