“Bu postda bir saniyə belə qalmayacağam” – Armen Sarkisyan 

“Bu postda bir saniyə belə qalmayacağam” – Armen Sarkisyan 

Hazırda oxunan: “Bu postda bir saniyə belə qalmayacağam” – Armen Sarkisyan 

56785

Xəbər verdiyimiz kimi, bu gün axşam Ermənistan prezidenti Armen Sarkisyan istefa qərarını açıqlayıb.Ölkə Konstitusiyasına görə, prezident istefa ərizəsini parlamentə təqdim edir. İstefa qanunla müəyyən edilmiş qaydada elan edildiyi andan qəbul edilmiş hesab olunur.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Sputnik Armenia” nəşrində yer alıb.

Mənbə qeyd edir ki, yeni dövlət başçısı vəzifəsinin icrasına başlayana qədər onun səlahiyyətlərini parlamentin sədri yerinə yetirir. Prezident parlament tərəfindən seçilir.

Növbədənkənar seçkilər prezident vəzifəsi üçün vakant yer açıldıqdan sonra ən geci 25-dən və ən geci 35-dən gec olmayaraq keçirilir.

O, bir müddət əvvəl “Spectator world”a verdiyi müsahibədə hansı halda istefa verəcəyini bildirmişdi.

Sarkisyanın fikrincə, “milli depressiya” “milli oyanış” kimi tərcümə oluna bilər. Amma bunun üçün Ermənistan “xilaskarlar” axtarmaq kimi tarixi vərdişindən əl çəkməli və öz gələcəyi üçün məsuliyyət daşımalıdır. Öz gücündən istifadə etməkdən imtina edən xalqı heç bir kənar dəstək dirçəldə bilməz.

"Azərbaycan neft gəlirlərinə malik olduğu üçün bizi ötüb keçə bildi. Amma bir-iki nəsildən sonra neftin qiyməti necə olacaq?", - deyə Sarkisyan bildirib.

"Ermənistanın prezidenti olmaq mənim üçün ən böyük şərəf oldu. Hörmət qazanmaq üçün bu işi qəbul etdim. Mən Ermənistana xidmət etməyə gəlmişəm. Yeni konstitusiya qəbul olunsa, bu postda bir saniyə belə qalmayacağam”, Sarkisyan qeyd edib.

Xatırladaq ki, Armen Sarkisyan 1953-cü il iyunun 23-də İrəvanda anadan olub. Fizika-riyaziyyat elmləri namizədi, dosent, Ermənistan Respublikası Milli Elmlər Akademiyasının fəxri doktorudur.

2013 – 2018-ci illərdə Ermənistan Respublikasının Böyük Britaniyadakı səfiri olub. 2018-ci il martın 2-də Ermənistan Respublikasının parlamenti tərəfindən Ermənistan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 9-da o, Ermənistan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO