"Rusiyanın Ukraynaya genişmiqyaslı hücum təhlükəsi aktual olaraq qalmaqdadır",- deyə qısa şərhinə start verən Ukrayna Strateji Araşdırmalar İnstitutunun mütəxəssisi Mikola Zamikula əlavə edib ki, Ukrayna sərhədində zərbə qruplaşmalarının artımı baş verir.
Bizim.Media-ya danışan Zamikula bildirib ki, Rusiya situasiyanı güc ssenarisinə çevirmək imkanına sahibdir. (Ola bilər ki, bunu qış Olimpiya oyunları ilə pərdələnməklə etsinlər).
Kreml bu addımı atacaq, yoxsa hədələr blef olaraq qalacaq?
MÖVZU İLƏ BAĞLI:
Rusiya-Ukrayna müharibəsi BU TARİXDƏ başlayacaq - Nikolay Zamikula kəşfiyyatın məlumatını YAYDI
"Çətindir. Çünki Rusiyanın hazırkı addımları çox nümayişkəranədir. Çünki adətən hərbi əməliyyatlara hazırlığı məxfi saxlamağa çalışırlar. Yəni Moskvanın hazırda sərgilədiyi "dəyənək yelləmək" metodundan istifadə olunmur. Amma ən pis ssenarini də istisna etmək olmaz.
Buna hazırlaşmaq lazımdır".
Qeyd edək ki, Mikola Zamikula bizə daha əvvəli açıqlamasında 2022-ci il yanvarın sonunda Rusiyanın Ukraynaya hücumunun gözlənildiyini deyib.
Bizim.Media