İran prezidentindən ilginc PROQNOZ: “NATO tezliklə dağılacaq” 

İran prezidentindən ilginc PROQNOZ: “NATO tezliklə dağılacaq” 

Hazırda oxunan: İran prezidentindən ilginc PROQNOZ: “NATO tezliklə dağılacaq” 

56332

“Şimali Atlantika Alyansı qeyri-qanuni olaraq müstəqil dövlətlərin ərazilərinə saxtakarlıqla nüfuz edir. Belə davranış NATO-nun tezliklə dağılmasına gətirib çıxaracaq”.

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Moskvaya səfəri çərçivəsində qatıldığı Dövlət Dumasının plenar iclasında çıxışı zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəisi Putinlə görüşdə Azərbaycanı HƏDƏFƏ ALDI: Köhnə iddiaları təkrarladı


“NATO müxtəlif bəhanə və pərdələrlə ölkələrin coğrafi məkanlarına nüfuz etməklə məşğul olur və müstəqil dövlətləri təhdid edir. Müstəqil demokratiyalara qarşı çıxmaq, xalqların, mədəniyyətin, xalqların adət-ənənələrinin özünütənzimlənməsinə qarşı çıxmaq, bütün bunlar NATO-nun gündəmindədir və bu, aldatmadır. Belə davranış sonda Alyansın parçalanmasına gətirib çıxaracaq”. 

Rəisinin sözlərinə görə, dominantlıq strategiyası iflasa uğrayıb və ABŞ hazırda ən zəif mövqedədir:

“Bununla belə, biz görürük ki, ekspansionist siyasət istəyi aradan qalxmayıb, əksinə, onlar (ABŞ) bunu öz gündəmlərinə daxil edirlər və ən mühüm məqsəd müstəqil dövlətləri məhz daxildən zəiflətməkdir. Məqsəd iqtisadi sanksiyaların tətbiqi və ölkədə daxili vəziyyəti qeyri-sabitləşdirməkdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO