Rəisi Putinlə görüşdə Azərbaycanı HƏDƏFƏ ALDI: Köhnə iddiaları təkrarladı

Rəisi Putinlə görüşdə Azərbaycanı HƏDƏFƏ ALDI: Köhnə iddiaları təkrarladı

Hazırda oxunan: Rəisi Putinlə görüşdə Azərbaycanı HƏDƏFƏ ALDI: Köhnə iddiaları təkrarladı

56299

Xəbər verdiyimiz kimi, İran prezidenti İbrahim Rəisi ötən gün Rusiyaya etdiyi rəsmi səfər çərçivəsində bu ölkənin prezidenti Vladimir Putinlə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlər də müzakirə edilib. 

Bizim.Media xəbər verir ki, görüşün detalları barədə president.ir.fa saytı ətraflı yazı dərc edib. Həmin məqalədən də göründüyü kimi, İbrahim Rəisi Azərbaycan Respublikasına qarşı uzun müddətdir İran rəsmiləri və mətbuatının irəli sürdüyü ittihamları dolayı yolla yenidən səsləndirib.

O, iki ölkənin Suriyada olduğu kimi, Qafqaz və Əfqanıstanda da "terrorizm əleyhinə" uğurlu əməkdaşlıq nümunəsini tətbiq edə biləcəyini deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Rəisinin şərəfinə qaravul dəstəsi düzmədi - VİDEO


Rəisi, həmçinin Putinin hüzurunda Ermənistanın lüzumsuz müdafiəsinə qalxıb və özünü bu ölkənin vəkili qismində aparıb. O, dolayı yolla Zəngəzur dəhlizinə işarə edərək Qafqazda sərhədlərin, suverenliyin və geosiyasətin dəyişilməz olduğunu bildirib. İran prezidenti daha da irəli gedərək ölkəsinin mətbuatının uzun müddətdir Zəngəzur koridorunun NATO ilə əlaqələndirilməsi, eləcə də bunun Rusiya, Çin və İrana qarşı yaratdığı "təhdidlərə" dair tirajladığı dezinformasiyaları Putinlə görüşündə üstüörtülü şəkildə dilə gətirib.

"NATO-nun hər hansı bir ad altında Qafqaz və Mərkəzi Asiyaya nüfuzu müstəqil ölkələrin ortaq mənafeyini təhdid edir", - deyə İbrahim Rəisi fikrini tamamlayıb. 

İran prezidentinin Rusiyaya səfəri ərəfəsində bu ölkənin ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin, səfər zamanı isə İbrahim Rəisinin Azərbaycan Respublikası əleyhinə dolayı yolla fikirlər səsləndirməsi, eləcə də NATO tezisini irəli sürməsi rəsmi Moskva ilə Qərb arasında yaşanan gərginlik fonunda diqqət çəkir.

Xatırladaq ki, İran bir neçə aydır ki, 4+1 ölkələri ilə 2015- ci il nüvə razılaşmasını bərpa etmək istiqamətində danışıqlar aparır.

İranın müzakirələrdə əsas tələblərindən biri də neft və qaz sektoru da daxil olmaqla bu ölkəyə tətbiq edilmiş bütün sanksiyaların ləğv edilməsidir. Rusiyanın Qərblə gərginlik yaşadığı bir vaxtda embarqoların ləğvi İranın Avropanı enerji resursları ilə təmin etməsinə şərait yaradacaq.

Bu isə mövcud gərginlik dövründə Rusiyanın təzyiq imkanlarını itirməsi deməkdir. Bunu yaxşı anlayan İran hökuməti dezinformasiyalarla Rusiyanın diqqətini öz üzərindən çəkməyə, "strateji tərəfdaş"ına qarşı xəyanətini pərdələməyə çalışır.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO