Ermənilər muzdlulardan istifadə etməmək haqda sənədə qol çəkdilər – AMMA NECƏ?

Ermənilər muzdlulardan istifadə etməmək haqda sənədə qol çəkdilər – AMMA NECƏ?

Hazırda oxunan: Ermənilər muzdlulardan istifadə etməmək haqda sənədə qol çəkdilər – AMMA NECƏ?

5627

30 illik bir münaqişə dövründə Ermənistana silah yardımı ilə yanaşı, müxtəlif muzdlu və terrorçular da göndərilirdi. İşğal olunmuş ərazilərimizdə onların təlim mərkəzləri yaradılaraq, Azərbaycan ərazilərində terror törətmək üçün bu muzdlulardan istifadə olunurdu.

Bu müddət ərzində Ermənistan muzdlulardan istifadə etməməklə bağlı hər hansı konvesiyaya qoşulmaqdan da imtina edirdi. 

Beynəlxalq konfliktlər üzrə ekspert Emil Həsənov Bizim.Media-ya müsahibəsində bildirib ki, müharibə zamanı muzdlu döyüşçülərdən istifadəyə icazə verməyən konvensiya sənədi 1989-cu ildən mövcuddur:

“Azərbaycan sənədi hələ 1997-ci ildə imzalayıb və qeyd edib ki, ölkəmiz bununla bağlı bütün yoxlamalara hazırdır. Qeyd edim ki, konvensiya 2001-ci ildən qüvvəyə minib. Ölkəmiz isə, imzası ilə 4 il əvvəldən sənədi dəstəklədiyini ifadə edib. Təxminən 37 ölkənin imzaladığı konvensiyaya İrəvan qol çəkməmişdi”. 

Ekspert qeyd edir ki, 44 günlük müharibənin nəticəsi olaraq, Ermənistan bu sənədə qol çəkməyə məcbur edildi:

“2020-ci ilin 23 noyabrında Ermənistan ordusundakı muzdlu və terrorçu səs-küyündən sonra İrəvan da orduda muzdlulardan istifadəni qadağan edən konvensiyaya qoşuldu. Yəni bu hiyləgər millət konvensiyanı döyüşlər bitəndən iki həftə sonra imzaladılar. Çünki hamı bilir ki, 44 günlük savaşda ermənilər muzdlu və terrorçuların köməyinə arxalanmış və bu cür silahlıları Qarabağa gətirmişdilər”.

Konfliktoloqun sözlərinə görə, bu sənədin imzalanmasında da ermənilər biclik işlədərək, müəyyən şərtlər  daxil ediblər.

“Konvensiyadakı erməni müddəalarında göstərilir ki, erməni olan şəxslər 3-cü ölkə tərəfindən mühakimə oluna bilməz. Burdan da belə çıxır ki, ASALA erməni terror təşkilatı üzvləri, PKK/YPG terror qruplaşmalarındakı ermənilər sərbəst şəkildə Ermənistan ordusu tərəfindən vuruşa bilərlər”. 

Bu isə o deməkdir ki, erməni əsilli terrorçular Ermənistanda yenə də qəhrəman kimi təqdim ediləcək və onların xidmətindən istifadə olunacaq.

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO