Ermənistan sərhəd zonasında vəziyyətin sabitləşməsi (deeskalasiya) ilə bağlı təkliflər paketini Moskva vasitəsilə Azərbaycana təhvil verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” saytında yerləşdirilib.
Mənbə qeyd edir ki, bu haqda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət saatı zamanı bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov delimitasiya komissiyasının yaradılması ilə bağlı Mirzoyanla danışdığını, ondan təkliflər aldığını və bu təklifləri Azərbaycana çatdıracağını bildirmişdi.
Mirzoyanın sözlərinə görə, Ermənistan tərəfi vəziyyətin deeskalasiyası, sərhəd zonasında sabitliyin və təhlükəsizliyin artırılması üçün tədbirlər paketi hazırlayıb. Paket həm Rusiyaya, həm də Moskva vasitəsilə Azərbaycana təhvil verilib.
"Təbii ki, təfərrüatları dərc edə bilmərəm. Əslində, bunun mənası yoxdur. Deyə bilərəm ki, bunlar baş nazirin daim qaldırdığı, qoşunların çıxarılması və əlavə təhlükəsizlik mexanizmlərinin yaradılması kimi məsələlərdir”, Mirzoyan bildirib.
O, əlavə edib ki, bu paket Təhlükəsizlik Şurasının iclasında təqdim olunub.
Ermənistanla Azərbaycan arasında sərhədlər delimitasiya olunmayıb. Sərhəddə vaxtaşırı gərginlik baş verir, sonuncu insident Göyçə mahalında Basarkeçər (indiki Vardenis) rayonunda baş verib, nəticədə üç erməni çağırışçı həlak olub, Azərbaycan tərəfdən isə bir hərbçi şəhid olub.
Bizim.Media
- A-
- A
- A+
Region
17:07 / 19.01.2022
“Ermənistan Moskva vasitəsilə Azərbaycana təkliflər paketi göndərib” - Ararat Mirzoyan
Hazırda oxunan: “Ermənistan Moskva vasitəsilə Azərbaycana təkliflər paketi göndərib” - Ararat Mirzoyan
Hazırda oxunan: “Ermənistan Moskva vasitəsilə Azərbaycana təkliflər paketi göndərib” - Ararat Mirzoyan
56195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.