“İrəvan-İstanbul” reysinin müzakirəsi Ermənistan parlamentində mübahisə yaratdı

“İrəvan-İstanbul” reysinin müzakirəsi Ermənistan parlamentində mübahisə yaratdı

Hazırda oxunan: “İrəvan-İstanbul” reysinin müzakirəsi Ermənistan parlamentində mübahisə yaratdı

56141

Ermənistan parlamentində İrəvandan İstanbula uçuşların başlaması ilə bağlı keçirilən müzakirə mübahisəyə səbəb olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb.

“Lisenziyalaşdırma haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı “Hayastan” blokundan olan deputat, eyni zamanda “Anriva Tour” turizm şirkətinin təsisçisi Ripsime Stambulyan bildirib ki, düzəlişlər başqa ölkə üçün nəzərdə tutulub, Ermənistan iqtisadiyyatı üçün bu, fayda verməyəcək. "İrəvan-İstanbul reysləri bunun bariz nümunəsidir", - deyə Stambulyan qeyd edib.

“Vətəndaş müqaviləsi” blokunun deputatı Asmik Akopyan cavab olaraq “Anriva Tour” şirkətinin reklamını oxuyub:

“Aksiya. İrəvan-İstanbul-İrəvan. Sevgi ilə gözləyirik. “Anriva Tur””.

"Xanım Stambulyan, manipulyasiya üçün başqa istiqamət seçin. Bu haqda danışmağa haqqınız yoxdur. Uzun illər vətəndaşlarımızı İstanbula daşımaqla pul qazanıbsınız", - Akopyan qeyd edib.

Digər deputat Vaqarşak Akopyan İstanbula uçuşların Robert Köçəryanın prezidentliyi dövründə (2003-cü ildən) başladığını xatırladıb. Uçuşlar 2019-cu ilədək həyata keçirilib.
Türkiyə və Ermənistan fevralın 2-də uçuşlara başlayacaq. Reyslər həftədə üç dəfə həyata keçiriləcək. ”Flyone Armenia” şirkıtinin ilk təyyarəsi saat 19:50-də İstanbul hava limanına enəcək. “Pegasus”un təyyarəsi isə həmin gün saat 23:35-də İrəvana uçacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO