Zəngilan-Qafan sahəsində sərhəd məsələsi həll edildi - VİDEO

Zəngilan-Qafan sahəsində sərhəd məsələsi həll edildi - VİDEO

Hazırda oxunan: Zəngilan-Qafan sahəsində sərhəd məsələsi həll edildi - VİDEO

5524

Ermənilər ordumuz tərəfindən Zəngilan ərazisində tutduğu yüksəkliklərdən çıxarıldı. 

Erməni teleqram kanallarının məlumatına görə, sabah saat 17:00-a qədər Qafan yaxınlığındakı bütün yüksəkliklər Azərbaycan Silahlı Qüvvələri bölmələrinin nəzarətinə keçəcək. Azərbaycanın Ermənistanla dövlət sərhədi Zəngilan və Qafan sahəsində SSRI-də olduğu kimi qalacaq.
Bizim.Media xəbər verir ki, ona görə də Zəngilan-Qafan arasındakı erməni könüllü dəstələrinin qurduğu sərhəd məntəqələrinin hamısının sökülməsinə başlanılıb. 

Bu barədə Qafan şəhərinin meri Gevork Parsyan da məlumat verib.

"Müdafiə Nazirliyinin könüllülərinə təchiz olunmuş mövqelərindən sovet sərhədlərinə qədər geri çəkilmələri söylənilib. Azərbaycan Silahlı Qüvvələri yaşayış zonamızdan 1 km, hava limanından 200-300 metr məsafədə olacaq",- deyə Parsyan bildirib.

Bu da erməniləri təşvişə salıb, onlar Qafan aeroportuna gedən yolu bağlayaraq etiraz etməyə başlayıblar. 

Polisin və hərbçilərin müdaxiləsi ilə yol bir neçə saat sonra açılıb. Ermənilərin öz köhnə sərhədlərinə qədər çəkilmək istəmədiklərini belə əsaslandırıblar ki, yüksəkliklərə Azərbaycan nəzarət etsə həyatımız təhlükə altında olacaq. Meriyanın cavabı isə “bizim eliyə biləcəyimiz bir şey yoxdu, SSRİ-dən qalma sərhədlərimizə sığınmalıyıq”,- olub.

Qeyd edək ki, bu yüksəkliklər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda, Azərbaycanın Zəngilan rayonu ərazisində yerləşir. Ermənilər müharibəni uduzduqları ilk günlərdə xəlvəti şəkildə burada özləri üçün sərhəd məntəqələri quraşdırmışdılar.

Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO