Azərbaycan vətəndaşı İstanbulda lüks avtomobillə ağır qəza törətdi – FOTO/VİDEO

Azərbaycan vətəndaşı İstanbulda lüks avtomobillə ağır qəza törətdi – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan vətəndaşı İstanbulda lüks avtomobillə ağır qəza törətdi – FOTO/VİDEO

55183

Azərbaycan vətəndaşı Türkiyənin İstanbul şəhərində ağır yol qəzası törədib.

Bizim.Media “Hürriyet”ə istinadən xəbər verir ki, Zincirlikuyudan Beşiktaş istiqamətində hərəkət edən azərbaycanlı Rəfail Əliyevin idarə etdiyi “99 MB 888” Azərbaycan dövlət nömrə nişanlı lüks avtomobil Oktay Arayın idarə etdiyi taksiyə çırpılıb.

Taksi zərbənin şiddətindən ilk olaraq yol kənarındakı baryerlərə, sonra isə dayanmış avtobusa çırpılıb.

Taksi sürücüsü bu zaman avtomobilin pəncərəsindən taksinin altına düşüb. Avtomobilin altında qalan Aray yanğınsöndürənlər və ətrafdakı insanların köməyi ilə oradan çıxarılıb, xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Polis qəza ilə bağlı araşdırmaya başlayıb.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO