Anna Akopyanın əsgər cəsədləri üzərində demarşı...

Anna Akopyanın əsgər cəsədləri üzərində demarşı...

Hazırda oxunan: Anna Akopyanın əsgər cəsədləri üzərində demarşı...

5518

Döyüşlərdən əvvəl avtomatlarla pozlar verən Paşinyanın həyat yoldaşı, indi də savaşda ölən ermənilərin hesabına özünü reklam etmək istəyir.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Nikol Paşinyanın xanımı KİV-in müşaiəti ilə 44 günlük savaşda ölən əsgərlərin ailə üzvlərinə baş çəkərək özündən “millətin qayğıkeş anası” obrazını yaratmaq istəyir. Bu ideyanı vitse-spiker Lena Nazaryanla birgə reallaşdıran Anna Akopyanın hədəfi başqadır.

Ölən erməni əsgərlərinin valideynləri və bəzi erməni mətbuat orqanlarının dili ilə desək, Anna Akopyan bu üsulla nüfuzunu artırıb, siyasi məqsədlər üçün istifadə etmək niyyətindədir. 

Politik.am yazır ki, ölən əsgərlərdən birinin anası onlara şikayət edərək bildirib ki, Anna Akopyanın köməkçisi onunla əlaqə saxlayıb və belə bir görüşün təşkil olunmasını istəyib. Annanın gəlişinə etiraz etməyən qadın xahiş edib ki, bu görüş işıqlandırılmasın. Əsgər anasının bu cavabından sonra onunla bir daha əlaqə saxlanılmayıb. 

“Fədakarlıq və qayğıkeşlik səhnəsi qurmaq istəyən Anna Akopyan uşaqlarımızın qanı hesabına özünü reklam etdirmək istəyir” deyən erməni əsgər anası digər hərbçi valideynlərinə də müraciət edərək, bildirib ki, “heç kimi öz maraqları naminə dərdinizdən istifadə etməyə qoymayın. Belə bir qadın qapıma gələ bilməz, onun ayaqları mənim evimə dəyə bilməz”. 

Xatırladaq ki, 44 günlük savaşdan öncə odlu silahlarla müxtəlif pozalar verib, fotosessiya edən Anna Akopyanın şəkilləri həmin vaxt Ermənistanda böyük coşquya səbəb olmuşdu. İndi Akopyanın istənilən belə cəhdi hiddətlə qarşılanır. 

Onlar oğlanlarının ölməsində Paşinyanla birlikdə onun arvadı Anna Akopyanı da günahkar sayırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO