Paşinyanın istefa xəbəri təkzib edildi

Paşinyanın istefa xəbəri təkzib edildi

Hazırda oxunan: Paşinyanın istefa xəbəri təkzib edildi

5515

Ermənistanın Baş naziri Nikol Paşinyanın 31 dekabrda istefasını elan edəcəyi ilə bağlı məlumatlar yalandır.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidməti bununla bağlı yayılan xəbərləri təkzib edib.

Ermənistan hökumətinin mətbuat xidməti jurnalistləri daha etibarlı mənbələrdən məlumat almağa səsləyib:

"Biz həmişə media ilə əlaqələrə açığıq və həmkarlarımızı məlumat yayımlamadan əvvəl bizimlə əlaqə qurmağa və etibarlı məlumat almağa çağırırıq",- deyə qeyd edib.

Qeyd edək ki, daha əvvəl “hraparak.am” Paşinyanın 31 dekabrda istefaya gedəcəyi ilə bağlı məlumat yaymışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO