Ermənilər 3 hərbçisinin öldüyünü təsdiqlədi – DETALLAR - FOTO/VİDEO

Ermənilər 3 hərbçisinin öldüyünü təsdiqlədi – DETALLAR - FOTO/VİDEO

Hazırda oxunan: Ermənilər 3 hərbçisinin öldüyünü təsdiqlədi – DETALLAR - FOTO/VİDEO

54934

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yanvarın 11-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət daha da gərginləşib.

Bizim.Media ermənilərə məxsus Telegram kanallarına istinadən xəbər verir ki, Azərbaycan ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin daha bir əsgəri sıravi Vahan Vaçaqanoviç Babayan ölüb, 5 nəfər isə yaralanıb. 

İnformasiyanı erməni bloger Mika Badalyan da təsdiq edib, ölən hərbçinin və dağıdılan erməni postunun fotosunu paylaşıb.

Ermənilərə məxsus digər mənbə isə 2 postun yerlə yeksan edildiyini qeyd edib. 

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti iki nəfərin (əsgər Artur Mxitaryan və Rudik Qaribyan) öldüyü və beş nəfərin yaralandığı barədə məlumat yayıb.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO