Ermənistan itkin düşən hərbçilərinin sayını açıqladı

Ermənistan itkin düşən hərbçilərinin sayını açıqladı

Hazırda oxunan: Ermənistan itkin düşən hərbçilərinin sayını açıqladı

5475

Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərindəki son hərbi əməliyyat zamanı Ermənistanın təxminən 171 hərbi qulluqçusu itkin düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Ermənistan rəhbərliyi isə bu rəqəmin 73 olduğunu söyləyir:

“Hadisənin ilk saatlarından etibarən Rusiya sülhməramlılarının dəstəyi ilə onlar haqqında hər hansı bir məlumat əldə etmək üçün təcili işlər aparılır”,- deyə bildirilir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri baş qərargah rəisi, general-polkovnik Onik Qasparyan vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün Qarabağa gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO