Ermənilərdən hərbçilərinə “ÇAĞIRIŞ”: “Qazaxlara Xocalını yaşadaq” - FOTOFAKT

Ermənilərdən hərbçilərinə “ÇAĞIRIŞ”: “Qazaxlara Xocalını yaşadaq” - FOTOFAKT

Hazırda oxunan: Ermənilərdən hərbçilərinə “ÇAĞIRIŞ”: “Qazaxlara Xocalını yaşadaq” - FOTOFAKT

54271

Erməni sosial şəbəkə istifadəçiləri KTMT qüvvələri daxilində Qazaxıstana göndərilən Ermənistan hərbçilərinə özlərinə yaraşan “məsləhətlər” veriblər.

Bizim.Media xəbər verir ki, Araik Abramyan adlı sosial şəbəkə istifadəçisi “Qazaxlara Xocalını yaşadacağıq” şəklində fikirlərini ifadə edib.

Arsen Babayan adlı istifadəçinin yazdıqları isə terrorçu təfəkkürü daha aydın şəkildə ortaya qoyub.

“Mən sevinirəm ki, bizimkilər ora göndərilib. Qoy, bu vəhşilər cəzasını alsın, kazakların uşaqları eyni azəri türkdür, yalnız gözləri qıyıqdır, ona görə də çalışın qardaşılarım”, - fikirlərini qeyd edib.

Artyun Akopyanın fikirləri də həmyerlilərindən geri qalmayıb:

“İnanıram ki, bizim əsgərlər qarşılarına qoyduqları məqsədə çatacaqlar. Əsgərlərimizdən Aygül və Jansalarla (qazax qız adları) ilə necə əyləndiklərini əks etdirən videoları gözləyirəm”.

Erməni teleqram kanalı:
 

“Zarafat bir yana, amma qardaşlarımıza Qazaxıstanı türk terrorçulardan təmizləməyi arzulayırıq. Çünki orada da 30 min erməni yaşayır.


“Uşaqlarımızı hara yollayıblar, anlaşılmır”, - giley-güzarı edənlərə cavab olaraq deyim ki, bizim üçün türkə Xocalını harada yaşatmağın fərqi yoxdur. Tələtə (Tələt Paşa) Berlində, Ənvərə (Ənvər Paşa) Buxara qışlağında yaşatdığımız kimi...”

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO