İstanbul-İrəvan aviareysi açılır

İstanbul-İrəvan aviareysi açılır

Hazırda oxunan: İstanbul-İrəvan aviareysi açılır

53777

Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, şirkət fevral ayından etibarən İstanbul-İrəvan arasında həftədə iki dəfə uçuş həyata keçirmək üçün müraciət edib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır. 

Dekabrın 24-də isə “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO