Ermənilər öz qızlarını niyə BUNA məcbur ediblər? – Qədim peşənin TARİXÇƏSİ

Ermənilər öz qızlarını niyə BUNA məcbur ediblər? – Qədim peşənin TARİXÇƏSİ

Hazırda oxunan: Ermənilər öz qızlarını niyə BUNA məcbur ediblər? – Qədim peşənin TARİXÇƏSİ

53197

Fahişəlik dünyanın ən qədim peşə sahələrindən biri hesab olunur. Bir sıra tədqiqatlara görə, bu peşənin tarixi ovçuluq və əkinçilik qədər qədimdir. Fərqli sivilizasiyalarda fahişəliyə və fahişələrə müxtəlif yanaşmalar mövcud olub.

Bizim.Media xəbər verir ki, fahişəliklə bağlı ilk məlumatlara Mesopatamiya mənbələrində rast gəlinib.

Belə ki, ilk dəfə e.ə. 2400 il əvvələ aid olan Şumer kitabələrində Uruk şəhərində məbəd-fahişəxananın mövcudluğundan bəhs olunub. Həmin məbəd ilahə İştarın adı ilə bağlı idi.

Finikiya mənbələrində isə, həmin ilahənin adı Aştar olaraq qeyd olunub. Qədim Finikiyanın indiki Sardinya adasında yerləşən koloniyaları qədim dünyada fahişəliyin əsas mərkəzlərindən biri kimi qəbul olunurdu. 

Amerika qitəsinin qədim sakinləri olan ink və astek mədəniyyətlərində isə, fahişələrlə münasibət dini ritual kimi qəbul olunurdu. Belə ki, məbədlərdə fəaliyyət göstərən “görüş otaq”larını ziyarət edənlərin pis ruhlardan azad olacaqlarına inam var idi.

Qədim Yunanıstanda qadınlarla yanaşı, kişilər arasında da fahişəlik dəbdə olub. Lakin kişi cinsindən olanlarla pul qarşılığında görüşənlər öz siyasi hüquqlarından məhrum qalmaq təhlükəsi ilə üzləşirdilər. Bundan əlavə günümüzdə də məşhur olan “porno” sözü yunan dilindən digər dillərə keçib.

Yunan mədəniyyətindən ciddi təsirlənən Romada isə fahişəliyə münasibət xeyli loyal idi. Belə ki, yüksək təbəqənin nümayəndələri tərəfindən fahişələrlə münasibət qurmaq fəxarətlə qarşılanırdı.

Yunanıstan və Roma ilə eyni dövrdə Şərq ölkələrində fahişəliyə münasibət bir qədər fərqli idi. Xüsusən də, Yaponiya və Hindistanda bu cür qadınların yalnız seks zamanı bacarıqları yox, eyni zamanda intelekti, musiqi və ədəbiyyat bilgisi də mühüm əhəmiyyət daşıyırdı.

İslam dinində fahişəliyin qadağan olması müsəlman aləmində fahişəliyin geniş yayılmasının qarşısını alan əsas amil oldu. Lakin bəzi Qərb müəllifləri, günümüzdə İranda geniş yayılan “siğə” ənənəsini bir sıra hallarda fahişəliklə eyniləşdirirlər.

Xristianlığın ilk dövrlərində fahişəliyə qarşı münasibət sərt olsa da, orta əsirlərdə Roma Katolik Kilsəsi bu cür münasibətlərə pis ruhlardan qorunmaq və sadizm kimi ənənənin yayılmasını azaltmaqda yardımçı olması səbəbindən müsbət yanaşırdı.

Qərb mənbələrində Osmanlı hamamlarında daha çox yeniyetmə oğlanların axtalanaraq seks işçisi kimi çalışdırıldığı da öz əksini tapıb.

Onu da qeyd edək ki, fahişələr tərəfindən ilk dəfə prezervatifdən istifadə orta əsrlərin sonunda - 18-ci əsrdə Venesiyada yayılmağa başlayıb. Həmin dövrdə prezervativlər inək dərisindən hazırlanırmış.
20-ci əsrdən başlayaraq isə, artıq fahişəlik əksər dünya ölkələrində aşkar şəkildə təsadüf edilən bir peşəyə çevrilmişdi. Hətta ötən əsrin sonlarından etibarən seks işçilərinin hüquqları uğrunda mübarizə hərəkatları da start götürüb. Bunun nəticəsi olaraq, İsveç, İrlandiya, Fransa, İspaniya, Kanada və Norveç kimi ölkələrəd fahişəlik leqaldır.

Lakin Azərbaycanda fahişəliklə məşğul olmaq qadağandır. İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsinə əsasən, fahişəliklə məşğul olanlar 100 manat məbləğində cərimə olunurlar.

Onu da qeyd edək ki, erməni miflərinə görə, erməni qadınların mənşəyi fahişəlik ilahəsi hesab olunan Anaitlə bağlıdır. Xristianlığın yayılmasına qədər, Anait ermənilər arasında əsas ilahə kimi qəbul olunub. Hətta erməni valideynlər öz qızlarını Anaitin “şərəfinə” fahişəliklə məşğul olmağa məcbur edirlərmiş.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO