Ermənistan Qarabağda ölən hərbçilərinin yeni sayını açıqladı - 5 nəfərin DNT analizi...

Ermənistan Qarabağda ölən hərbçilərinin yeni sayını açıqladı - 5 nəfərin DNT analizi...

Hazırda oxunan: Ermənistan Qarabağda ölən hərbçilərinin yeni sayını açıqladı - 5 nəfərin DNT analizi...

53058

24 dekabr 2021-ci il tarixinə Dağlıq Qarabağda 44 günlük müharibə zamanı ölən erməni hərbçilərinin və mülki şəxslərin sayı 3808 nəfərdir. 

Bizim.Media xəbər verir ki, bu məlumatı Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq Ermənistan İstintaq Komitəsi yayıb.

Qurbanların qalıqlarının tanınması prosesinin təfərrüatı ilə bağlı səhiyyə naziri Anahit Avanesyan bildirib ki, Ermənistanda tanınması mümkün olmayan həmin qalıqlar xaricə göndərilir. 
Bu il dekabrın 24-nə olan məlumata görə, 1417 nəfərin meyiti və qalıqları müəyyən edilib. 16 avqust 2021-ci il tarixinə 53 qurbanın qalıqları əlavə DNT analizi üçün Niderlanda göndərilib, onların nəticələri alınıb. Daha 47-nin qalıqları noyabrda göndərilib, onlardan 42-nin DNT-si əldə edilib, 37-nin şəxsiyyəti müəyyən edilib, 5-nin müayinəsi heç bir nəticə verməyib.

İstintaq Komitəsi hələlik nə qədər qalığın müəyyən edilmədiyi sualına cavab verməyib. Komitə qeyd edib ki, bu, istintaq sirridir. 

Oktyabrın 4-də Komitə 44 günlük müharibədə ölənlərin ümumi sayının 3788 nəfər olduğunu bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO