Erməni hərbçisinin atası: ''Generalımız əsgərləri qoyub qaçıb''

Erməni hərbçisinin atası: ''Generalımız əsgərləri qoyub qaçıb''

Hazırda oxunan: Erməni hərbçisinin atası: ''Generalımız əsgərləri qoyub qaçıb''

5296

Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı itkin düşən hərbçilərin ailələri növbəti dəfə etiraz aksiyası keçiriblər.

Bizim.Media xəbər verir ki, etirazçılar Müdafiə Nazirliyinin qarşısına gələrək rəhbərliklə görüşməyi tələb ediblər.

Onlar hökumətdən övladları barədə açıqlama verilməsini istəyiblər.

İtkin düşən hərbçilərin valideynləri deyiblər ki, dəfələrlə müraciət etsələr də övladları ilə bağlı dəqiq məlumat verilmir.

Digər əsgər atası isə maraqlı açıqlama verib: 

"Döyüş vaxt general komandir Arsen Abqaryana əmr edib ki, əsgərlərimiz mövqelərdən birini tutsunlar. Abqaryan da cavabında belə deyib-cənab general, bizim zirehli jiletlərimiz, dəmir “kaska”lar, kifayət qədər sursatımız yoxdur axı. Bu vəziyyətdə hara gedək? General isə "siz gedin mən gətirəcəyəm" söyləyib".

Əsgər atası deyib ki, pusquya düşən əsgərlər çıxılmaz vəziyyətdə qalıblar:

“General qayıdıb gələndə görüb ki, 50 nəfər 500 nəfərə qarşı qalıb. Dərhal o geri qayıdaraq qaçıb. Əgər generalımız qaçırsa, əsgər nə etməli idi? Generala sual veririk ki, niyə ora qayıtmadınız və uşaqlara kömək etmədiniz? Bizə dedi ki, əgər mən getsəydim, məni vuracaqdılar. Sonra kim bura gəlib sizə nələrin baş verdiyini söyləyəcəkdi axı?"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO