Ermənilər Azərbaycan dolmasını Suriyada öz mətbəxləri kimi nümayiş etdirdilər

Ermənilər Azərbaycan dolmasını Suriyada öz mətbəxləri kimi nümayiş etdirdilər

Hazırda oxunan: Ermənilər Azərbaycan dolmasını Suriyada öz mətbəxləri kimi nümayiş etdirdilər

52823

Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı Xmeymim bazasında “Milli mətbəx günü” adlı qastronomik aksiya keçirilib.

Bizim.Media “Zvezda” telekanalına istinadən xəbər verir ki, Suriyadakı Xmeymim aviabazasındakı adi ordu yeməkxanası əsl milli mətbəx restoranına çevrilib. 

Ermənilər də burada öz “məharətlərini” nümayiş etdiriblər, azərbaycanlılara məxsus dolma və paxlavanı öz mətbəxləri kimi rus hərbçilərinə dadızdırıblar.

Aviabaza komandanlığının nümayəndəsinin sözlərinə görə, bu cür aksiyaların üç əsas məqsədi var: hərbçiləri mükəmməl xidmətə həvəsləndirmək, onların qida rasionunu şaxələndirmək və qardaş xalqların mətbəxi ilə tanış etmək.
Artıq Xmeymim bazasında Qazax və Belarus mətbəxi günü keçirilib. Növbəti dəfə isə menyuya digər qonşu ölkələrin yeməkləri təqdim olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO