Rusiyalı deputat Azərbaycan qanunlarını pozaraq Xankəndidə şaxtababalıq etdi – FOTO

Rusiyalı deputat Azərbaycan qanunlarını pozaraq Xankəndidə şaxtababalıq etdi – FOTO

Hazırda oxunan: Rusiyalı deputat Azərbaycan qanunlarını pozaraq Xankəndidə şaxtababalıq etdi – FOTO

52812

Xəbər verdiyimiz kimi, ərazilərə qeyri-qanuni səfərlərinə görə Azərbaycanın “qara siyahısı”na salınan Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov yenidən Qarabağa səfər edib. Bu haqda o, özünün Facebook səhifəsində paylaşım edib. 

Bizim.Media ermənilərə məxsus Telegram kanallarına istinadən xəbər verir ki, bu gün o, Xankəndidə yerləşən 6 nömrəli məktəbdə şaxtababalıq edərək Yeni il qabağı tədbir keçirib və erməni uşaqlarına hədiyyələr təqdim edib.

Qeyd edək ki, Azərbaycan qanunlarını pozaraq qədim şəhərimizə gələn və erməni diasporunun pulu ilə özünə həyat quran Milonov kiçik uşaqlarla əyələnməklə yeni divident qazanmaq istəyir.

Təbii ki, onun bu addımı rəsmi Bakı tərəfindən birmənalı qarşılanmayacaq. Yəqin ki, hələ uzun müddət ölkəmizin “qara siyahısı”nda qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO