“Baş nazir Nikol Paşinyan deyir ki, “biz bir dağ uğrunda vuruşmayacağıq”, ancaq ölkəmiz dağlardan ibarətdir. Belə çıxır ki, ərəblər səhra uğrunda vuruşmayacaqlar”.
Bizim.Media ermənilərə məxsus Telegram kanallarına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, müdafiə baxımından bu il Ermənistan üçün tam uğursuz olub:
“Üstəlik ordunun silahlanmasının bərpası üçün heç bir iş görülməyib. Belə çıxır ki, bu hakimiyyət effektiv ordunun olmasında maraqlı deyil. Həm də müdafiə nazirlərini corab kimi dəyişmək olmaz”.
Robert Köçəryanın fikrincə, bu günə kimi səlahiyyətlilər 2-ci Qarabağ müharibəsində ölən bütün hərbçilərin dəqiq sayını açıqlamayıb: “Sadəcə olaraq bu, biabırçılıqdır!”.
O, müsahibəsində ölkənin xarici borcu haqda da söz açıb:
“İndi bu məbləğ 9,3 milyard dollara çatıb. Mən 10 il prezident olduğum müddətdə orta hesabla qiymətlər 2-3% artıb. İnsanda belə bir təəssürat yaranır ki, bu hakimiyyət sadəcə olaraq ikirəqəmli statistikanı qarışdırıb: qiymətlər yüksəlir, iqtisadiyyat isə tənəzzüldədir. Deyirlər ki, “onlar üçün ən yüksək dəyər xalqdır”.
Amma bu gün “ən yüksək dəyər” ölkədən qaçır. Son 9 ayda 103 min vətəndaş Ermənistanı tərk edib, 34 minə yaxın soydaşımız isə Rusiya vətəndaşlığını alıb.
Bu gün Ermənistanı nəinki müxalif fikirlərə sadiq olanlar, hətta bu hakimiyyəti seçənlər də tərk edir.. Hara gedirsiniz, niyə bizi öz seçiminizlə tək qoyursunuz?”.
Bizim.Media
- A-
- A
- A+
Region
11:44 / 27.12.2021
“Ermənistanda müdafiə nazirlərini corab kimi dəyişirlər” – Robert Köçəryan
Hazırda oxunan: “Ermənistanda müdafiə nazirlərini corab kimi dəyişirlər” – Robert Köçəryan
Hazırda oxunan: “Ermənistanda müdafiə nazirlərini corab kimi dəyişirlər” – Robert Köçəryan
52643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.