İranla Azərbaycan arasında daha bir sərhəd-keçid məntəqəsi AÇILIR

İranla Azərbaycan arasında daha bir sərhəd-keçid məntəqəsi AÇILIR

Hazırda oxunan: İranla Azərbaycan arasında daha bir sərhəd-keçid məntəqəsi AÇILIR

52604

İranın Ərdəbil əyalətinin valisi Hadi Ameli İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında tranzit sahəsində əlaqələrin genişləndirilməsinə şərait yaratmaq məqsədilə vilayətin şimalında sərhəd keçid məntəqəsinin açıldığını elan edib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı IRNA agentliyi yayıb.

Amelinin sözlərinə görə, bu məsələ iki ölkə prezidentinin görüşündə müzakirə olunub.

"Ticarət əlaqələrini və malların tranzitini asanlaşdırmaq üçün biz vilayətin yollarını genişləndirmək niyyətindəyik və bu arada Parsabad-Ərdəbil şəhər yolunun inkişafı hər iki ölkəyə böyük şəhərlərə çıxış yolu ilə ticarətini inkişaf etdirməyə imkan verəcək", - deyə İran qubernatoru qeyd edib.

O, Aslanduz sərhəd-keçid məntəqəsinin açılmasının iqtisadiyyat və sərhəd əlaqələrinin çiçəklənməsi baxımından böyük əhəmiyyət kəsb edəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO