Putin Politkovskaya və Nemtsovun qətli haqda: “Cinayəti açmaq üçün hər şeyi etdim”

Putin Politkovskaya və Nemtsovun qətli haqda: “Cinayəti açmaq üçün hər şeyi etdim”

Hazırda oxunan: Putin Politkovskaya və Nemtsovun qətli haqda: “Cinayəti açmaq üçün hər şeyi etdim”

52137

Rusiya prezidenti Vladimir Putin jurnalist Anna Politkovskaya və müxalif siyasətçi Boris Nemtsovun qətlinin açılması üçün hər şeyi etdiyini bildirib.

Bizim.Media “Kommersant” qəzetinə istinadən xəbər verir ki, geniş illik mətbuat konfransı zamanı Rusiya liderinə tədbirdə iştirak etməyən “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratovun sualı oxunub:
 

MÖVZU İLƏ BAĞLI:

Putin Leninin ünvanına ittihamlar səsləndirdi: “Donbası zorla Ukraynaya verdilər”


“Anna Politkovskaya və Boris Nemtsovun qətlini sifariş edənlərin adlarını şəxsən bilirsinizmi?”. “Mən bu cinayətləri açmaq üçün hər şeyi etdim. Bütün tapşırıqları, əmrləri mən vermişəm.

Həmin insanlar həbsdədir. Qətli sifariş edənlərin gizləndikləri barədə fikir var. İstintaq orqanlarının bundan xəbəri yoxdur. Sifariş edənlər varsa, biz onları axtaracağıq”, - Vladimir Putin əminliklə bildirib.
 

Xatırladaq ki, jurnalist Anna Politkovskaya 15 il əvvəl evinin girişində güllələnib. Bu iş üzrə məhdudiyyət müddəti 2021-ci il oktyabrın 7-də başa çatıb. Altı nəfər mühakimə olunub, lakin qətli sifariş edən şəxs tapılmayıb. 


Boris Nemtsov 2015-ci il fevralın 27-də Moskvada öldürülüb. Qətlin günahkarları - Zaur Dadayev, Anzor və Şadid Qubaşev qardaşları, Temirlan Əsgərxanov və Həmzət Baxayevlər 11 ildən 20 ilədək müddətə azadlıqdan məhrum ediliblər. Qətlin sifarişçisi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Sever” batalyonunun keçmiş zabiti Ruslan Muxudinov hesab edilir. O, hazırda  axtarışdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO