Putin Leninin ünvanına ittihamlar səsləndirdi: “Donbası zorla Ukraynaya verdilər”

Putin Leninin ünvanına ittihamlar səsləndirdi: “Donbası zorla Ukraynaya verdilər”

Hazırda oxunan: Putin Leninin ünvanına ittihamlar səsləndirdi: “Donbası zorla Ukraynaya verdilər”

52118

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, SSRİ-nin yarandığı vaxt bolşeviklər Donbası güc yolu ilə Ukraynaya birləşdiriblər və bununla da respublikanın müasir siyasi sistemində mövcud problemlər yaradıblar.

Bizim.Media xəbər verir ki, bunu dövlət başçısı illik böyük mətbuat konfransında deyib.

“Donbas ilkin olaraq, hətta 1922-1924-cü illərdə Sovet İttifaqının təşkili zamanı da özünü Rusiyadan ayrı hiss etmirdi. Amma Leninin (həmin vaxt Vladimir İliç xəstə olub) yoldaşları onu zorla ora (Ukraynaya) “itələdilər”. Əvvəlcə Rusiyaya daxil etmək qərarına gəldilər, sonra “Biz yenidən nəzərdən keçirməliyik!” dedilər”. Putin qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Rusiyanı dağıtmağın YEGANƏ yolunu göstərdi


​​​​​​​Rusiya liderinin sözlərinə görə, bolşeviklər bunu Donbas əhalisinin iradəsinə zidd olaraq həyata keçiriblər. 

“Bölgədə hazırkı böhran və silahlı qarşıdurmaya səbəb olan da budur. Bolşeviklər Ukraynanı indiki sərhədləri daxilində yaradıblar. Hansı ki, orada heç vaxt belə ölkə mövcud olmayıb”, - deyə Putin yekunlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO