Ərdoğandan İsrailə BARIŞ MESAJI - VİDEO

Ərdoğandan İsrailə BARIŞ MESAJI - VİDEO

Hazırda oxunan: Ərdoğandan İsrailə BARIŞ MESAJI - VİDEO

52108

Türkiyə İsraillə dialoqun bərpasına böyük əhəmiyyət verir. 

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 

Bundan əvvəl Türkiyə liderinin administrasiyası məlumat vermişdi ki, Ərdoğan israilli həmkarı İçxak Hersoq ilə telefon danışığında iki ölkə arasındakı fikir ayrılıqlarının minimuma endirilməsinin tərəfdarı olduğunu bildirib.


İsrail baş nazirinin ofisi də baş nazir Naftali Bennett ilə Ərdoğan arasında telefon danışığı barədə məlumat yayıb. Bildirilib ki, bu, İsrail baş naziri ilə Türkiyə prezidenti arasında son 8 ildə ilk təmasdır.

Ərdoğan Türkiyə və Yəhudi icmasının üzvləri ilə görüşündə deyib:

“Fələstin məsələsində, o cümlədən, ilk növbədə Qüdslə bağlı atılacaq addımlar Fələstinlilər qədər İsrailin təhlükəsizliyinə və sabitliyinə töhfə verəcək”. Ərdoğan bunu Ankarada Türkiyənin yəhudi icması və İslam Ölkələrinin Ravvinlər Alyansının üzvləri ilə görüşündə deyib.

Türkiyə lideri islamofobiyanı antisemitizmlə eyniləşdirərək, bu hadisələrin hər ikisinin insanlığa qarşı cinayət olduğunu qeyd edib.

2018-ci ilin may ayında İsrailin yaranmasının 70-ci ildönümü və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi fonunda Qəzza zolağında keçirilən etiraz aksiyalarından sonra Ankara İsrailin Türkiyədəki səfirini ölkəni tərk etməyə dəvət edib. Həmin toqquşmalarda 59 fələstinli həlak olub, 2,7 mindən çox insan yaralanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO