Türkiyədən sensasion açıqlama: Bir dollar 5-6 lirəyə kimi ucuzlaşa bilər

Türkiyədən sensasion açıqlama: Bir dollar 5-6 lirəyə kimi ucuzlaşa bilər

Hazırda oxunan: Türkiyədən sensasion açıqlama: Bir dollar 5-6 lirəyə kimi ucuzlaşa bilər

52102

Prezident Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi, dekabrın 20-də Nazirlər Kabinetinin iclasındakı bəyanatından sonra dolların ucuzlaşması davam edir.

Bizim.Media xəbər verir ki, Ahlatçı İnvestisiya Birjasının baş direktor müavini Tonquç Ərbaş “A Haber”in efirində dolların məzənnəsi ilə bağlı sensasion açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə lirəsi möhkəmlənməyə davam edir


Ərbaş bildirib ki, ilin sonuna kimi dollar 5-6 lirəyə kimi ucuzlaşa bilər.

Prezident Rəcəb Tayyib Ərdoğanın elan etdiyi türk valyutasını həvəsləndirən yeni həllər məzənnələrin kəskin enməsinə səbəb olub.

Bir dolların 18,40 lirəyə satılmasından sonra ABŞ valyutası Türkiyə liderinin açıqlaması fonunda sürətlə ucuzlaşıb. Dolların ucuzlaşması artıq 30 faizi ötüb. Ekspertlərin fikrincə, iqtisadiyyatın yeni modeli tətbiq olunmağa başlayan kimi bazar tarazlığa gələ bilər.
 

Xatırladaq ki, Türkiyə rəsmiləri ixracatçı şirkətlər üçün forvard (gələcəkdə razılaşdırılmış qiymətə qiymətli kağızları və valyutaları almaq və ya satmaq üçün tərəflər arasında birjadan kənar bağlanan müqavilə) məzənnəsi təqdim edəcək.


Bunu bazar ertəsi, dekabrın 20-də prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Məzənnə dəyişkənliyinə görə qiymət təyin etməkdə çətinlik çəkən Türkiyə ixracat şirkətlərinə birbaşa Türkiyə Mərkəzi Bankı vasitəsi ilə forvard məzənnəsi təqdim olunacaq”, - Türkiyə lideri bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO