Son günlərdə rekord uzulaşan Türkiyə lirəsinin dəyəri möhkəmlənməkdədir.
Bizim.Media xəbər verir ki, hazırda 1 dollar 11,69 lirə təşkil edir.
Xatırladaq ki, lirə təkcə noyabr ayı ərzində 2021-ci ilin əvvəli ilə müqayisədə üçdə bir dəyər itirib.
Dekabrın 20-si rekord səviyyəyə qədər ensə də (1 dollar - 18.40 lirə), Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra dövlət başçısının açıqlamaları fonunda bahalaşıb.
Qeyd edək ki, bu günün məzənnələrinə əsasən, hazırda 1 lirə 0.14 azn təşkil edir.
Bizim.Media