Parlamentdə təmsil olunan müxalifətçilər Paşinyanla qapalı görüşdən imtina etdi – SƏBƏB

Parlamentdə təmsil olunan müxalifətçilər Paşinyanla qapalı görüşdən imtina etdi – SƏBƏB

Hazırda oxunan: Parlamentdə təmsil olunan müxalifətçilər Paşinyanla qapalı görüşdən imtina etdi – SƏBƏB

52092

Ermənistan parlamentində təmsil olunan müxalif  “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları hakim qüvvələrin Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağ ətrafındakı vəziyyətin müzakirə olunacağı qapalı görüş keçirmək təklifini rədd edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb.

Hər iki qüvvənin birgə bəyanatında qeyd olunur ki, onlar Ermənistanın baş naziri ilə qapalı görüşü məqsədəuyğun hesab etmirlər.

Məlumata görə, Ermənistan parlamentinin sədri Alen Simonyan görüş təklifini fraksiyalara təqdim edib.
 

“Xatırladaq ki, hələ 2020-ci ilin oktyabrında, müharibə günlərində Nikol Paşinyanla bu formatda görüşlər olub və söhbətin təfərrüatları hələ də onun tərəfindən təhrif olunur”, bəyanatda belə deyilir.


Müxalif qüvvələr hesab edir ki, danışıqlar prosesi hərbi və ya dövlət sirri deyil:

“Erməni xalqını narahat edən məsələlərlə bağlı qapalı görüşün formatı istənilən halda qəbuledilməzdir”.

Fraksiyalar Paşinyanla yalnız açıq formatda, bərabər və məsuliyyətli şərtlərlə görüşəcəklərini bəyan edirlər, lakin hakimiyyət buna razı olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO