''Azərbaycanın təsdiqlədiyi əsirləri geri qaytaracağıq''- Paşinyan

''Azərbaycanın təsdiqlədiyi əsirləri geri qaytaracağıq''- Paşinyan

Hazırda oxunan: ''Azərbaycanın təsdiqlədiyi əsirləri geri qaytaracağıq''- Paşinyan

5199

“Əsirlərin mübadiləsinin başlanmasına, məhkumlarımızın qaytarılmasına yaxınlaşırıq”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan ''Facebook'' səhifəsində xalqa müraciəti zamanı bildirib.

“Çox keçmədən rəsmi təsdiqlənmiş əsirlər qrupunun qaytarılmasını gözləyirik. Bu mərhələdə şəxsiyyətləri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”,- deyə Paşinyan qeyd edib.

Ermənistanın baş naziri xalqa müraciətində istefası məsələsinə də toxunub. O deyib ki, xalqın iradəsi olmadan istefa verməyəcək:

"Xalqın mənə verdiyi statusu yalnız xalqın iradəsinin etibarlı nəticələri əsasında rədd edə bilərəm. Belə bir iradə olmadığı müddətcə baş nazir funksiyasını yerinə yetirməyə davam edəcəyəm".

O, ailə üzvlərinin Ermənistanı tərk etməsi barədə mətbuatda yayılan məlumatları da təkzib edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO