Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən rusiyalı aktyor Mixail Yefremov məhbuslar arasında “avtoritet” adı qazandığından yeni ili koloniyada “yaxşı” qarşılayacaq.
Bizim.Media xəbər verir ki, bu fikirləri sənətçinin keçmiş azərbaycanlı vəkili Elman Paşayev NEWS.ru-ya müsahibəsində səsləndirib.
“O, qanunun icazə verdiyi hər şeyi edir, hətta bu yaxınlarda film də çəkdi”, - deyə Paşayev bildirib.
O, əlavə edib ki, Rusiya koloniyaları var ki, orada məhbusların yaxşı şəraitdə saxlanıldığını göstərmək üçün “jurnalistlər tez-tez gedirlər”.
“Yefremov azadlığın məhdudlaşdırıldığı şəraitdə normal yaşaya bilər, çünki o, “axmaq adam deyil” və üstəlik, Rusiyanın əməkdar artistidir”, deyə Paşayev əminliklə bildirib.
Xatırladaq ki, 8 iyun 2020-ci ildə sərxoş olan Yefremov avto qəzanın günahkarı olub. Nəticədə kuryer Sergey Zaxarova ölüb. Bir neçə ay sonra aktyor 8 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkəmə koloniyadakı müddəti 7,5 ilə endirib. Sənətçi cəzasını Belqorod vilayətindəki 4 saylı islah koloniyasında çəkir.
Bizim.Media