“Ölkəmizdə koronavirusa yoluxma qeydə alınmayıb” - Berdiməhəmmədov

“Ölkəmizdə koronavirusa yoluxma qeydə alınmayıb” - Berdiməhəmmədov

Hazırda oxunan: “Ölkəmizdə koronavirusa yoluxma qeydə alınmayıb” - Berdiməhəmmədov

51943

“Görülən tədbirlər nəticəsində bu günə qədər ölkədə yeni növ koronavirusa yoluxma halı aşkarlanmayıb”. 

Bizim.Media Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumət üzvləri ilə işgüzar görüşdə səsləndirib.

Tədbirdə əsasən dünyada koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətlə bağlı məsələlər müzakirə edilib. 
 

Berdiməhəmmədov qeyd edib ki, insanların sağlamlığının və həyatının qorunması, o cümlədən təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin əsas vəzifəsidir:


“Kəskin ağciyər infeksiyasının ölkəyə nüfuz etməsi və yayılmasının qarşısının alınması məqsədilə mühüm qərarlar qəbul edilmiş, bu təhlükəli xəstəliyin qarşısının alınması üçün vaxtında kompleks tədbirlər həyata keçirilmişdir. O cümlədən, lazımi vaksinlər alınıb və hazırda əhali peyvənd olunur”.
 

Türkmənistan lideri vurğulayıb ki, Türkmənistan bu sahədə daim digər dövlətlərlə təcrübə mübadiləsi aparır, BMT, onun ixtisaslaşmış qurumları, ilk növbədə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. 


O deyib ki, Türkmənistan səhiyyə sahəsində beynəlxalq tədbirlərdə də fəal iştirak edir.

“İndi deyə bilərik ki, Türkmənistanda belə genişmiqyaslı işlər nəticəsində heç bir koronavirusa yoluxma halı aşkarlanmayıb”, - deyə Berdiməhəmmədov qeyd edib.

Berdiməhəmmədov onu da bildirib ki, rahatlaşmaq lazım deyil, çünki bu gün bir çox ölkələrdə bu təhlükəli infeksiyanın yeni ştamları, xüsusən də omikron yaranır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO