Ermənistan Türkiyə ilə münasibətlərə görə konstitusiyanı dəyişir – Erməni politoloq

Ermənistan Türkiyə ilə münasibətlərə görə konstitusiyanı dəyişir – Erməni politoloq

Hazırda oxunan: Ermənistan Türkiyə ilə münasibətlərə görə konstitusiyanı dəyişir – Erməni politoloq

51915

Ermənistan tarixində ilk dəfə olaraq əsas ilkin şərtlərini qəbul edərək Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə daxil olur. 

Bizim.Media xəbər verir ki, bu barədə politoloq Suren Sarkisyan Facebook səhifəsində yazıb.

Onun fikrincə, aşağıdakı maddələr həyata keçiriləcək:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan yük maşınlarına Qubadlıda yanacaq doldurmaq daha sərfəlidir - DETALLAR


1. Qarabağ Azərbaycana veriləcək.

2. “Erməni soyqırımı”nın beynəlxalq aləmdə de-fakto tanınması artıq Ermənistanın xarici siyasət gündəminə daxil olmayacaq. 

3. Yaxın gələcəkdə dəhlizin açılması şərti qəbul ediləcək. 

“Yeri gəlmişkən, Türkiyə 1992-ci ildə Ermənistana ilkin şərt kimi Müstəqillik Bəyannaməsindən “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda (Bu, Türkiyəyə qarşı ərazi iddiasıdır) erməni soyqırımının beynəlxalq səviyyədə tanınması prosesini dəstəkləyir” bəndinin çıxarılmasını irəli sürmüşdü.

Türkiyə, həmçinin Ermənistanın gerbindən Ağrı dağının təsvirinin çıxarılmasını tələb edib. Bunu Türkiyəyə qarşı ərazi iddiası hesab edib.

Nikol Paşinyanın təşəbbüsü ilə yeni Konstitusiya işlənib hazırlanarkən bu məsələni həll etmək olar. Məsələn, Dördüncü Respublikanın yaradılması, yeni Bəyannamənin qəbulu və s.

İndi Ermənistan və Türkiyə böyük ehtimalla diplomatik münasibətlərin qurulmasına dair sənədlər imzalayacaq, Ermənistan Türkiyənin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyacaq, soyqırımla bağlı Ərdoğanın üslubunda qeyri-müəyyən ifadələr işlənəcək: “ümumi faciə”, - deyə politoloq qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO