Azərbaycanla avtomobil əlaqəsini bərpa etmək imkanı yaranıb.
Bizim.Media “Sputnik Azərbaycan” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Biz erməniləri heç vaxt tərk qoymayacağıq” - Makron Paşinyanla görüşün VİDEOSUNU yaydı
“Əgər biz Ermənistanla Azərbaycan arasında yol əlaqəsi üzrə razılığa gələ bilsək, bu layihə əhəmiyyətli dərəcədə dəyişəcək, Şimal-Cənub, Şərq-Qərb marşrutuna çevriləcək”.
O, Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının Tbilisidə keçirilən iclasında belə deyib.
Paşinyan onu da xatırladıb ki, o, artıq İlham Əliyevlə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı prinsipial razılıq əldə edib.
Eyni zamanda, baş nazir regionda dəmir yollarının inkişafının Gürcüstanın maraqlarına mənfi təsir etməyəcəyini əmin edib.
Bizim.Media