“Vətəndaşlarımız gələn il daha pis yaşayacaq” – ERMƏNİ DEPUTAT

“Vətəndaşlarımız gələn il daha pis yaşayacaq” – ERMƏNİ DEPUTAT

Hazırda oxunan: “Vətəndaşlarımız gələn il daha pis yaşayacaq” – ERMƏNİ DEPUTAT

51711

“2021-ci ildə Ermənistan vətəndaşları COVID-19 səbəbiylə geniş iqtisadi və əsassız məhdudiyyətlərin, üstəgəl 44 günlük müharibənin iqtisadi nəticələrinin olduğu 2020-ci ildən daha pis yaşayır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Ermənistan” fraksiyasından olan deputat Tadevos Avetisyan səsləndirib.

Deputatın sözlərinə görə,  2019-cu illə müqayisədə 2020-ci ilədək yoxsulluğun səviyyəsi 0,6 faiz artıb:

“Onun amilləri 2021-ci ilə qədər yüksələrək 2022-ci ilə qədər öz qüvvəsində qalıb”.

Onun fikrincə, 2022-ci il dövlət büdcəsinə əsasən, gələn il Ermənistan Respublikasının vətəndaşları bu ildən də pis yaşayacaq:

“Yeri gəlmişkən, müxalif deputatların 2022-ci il dövlət büdcəsi layihəsinin aşkar şəkildə antisosial xarakterini yumşaltmağa yönəlmiş çoxsaylı təklifləri heç vaxt qəbul olunmayıb. Əvəzində hakimiyyət növbəti dəfə yalan vədlər verib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO